Xəbər axtarın

Son axtarış nəticələri:

“Bu yol bağlansa Rusiya dizini yerə qoyar” – ŞƏRH - VİDEO

01.12.2025 14:24

“Rusiya nefti əsasən Danimarka boğazlarından daşınır. Bu daşınmanı dayandırsalar, Rusiya bir neçə ayın içərisində dizini yerə qoyar”.

Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.

Onun sözlərinə gərə, Avropa və ABŞ Rusiyanın Ukraynaya hücumunu dayandırması üçün bu ölkə neftinə qarşı sanksiyaları genişləndirib. Amma onların tətbiq etdikləri sanksiyalar lazımi səviyyədə deyil.

“Düzdür, sanksiyalar tətbiq edilir. Lakin qısa bir zaman kəsiyində Rusiya və neftin qara yollarla başqa ölkələrə daşınmasında ona dəstək verən tərəflər mexanizmlər tapırlar. Müxtəlif yollar vasitəsilə bu sanksiyalardan yayınaraq, Rusiya neftini alıcılara çatdırırlar. Məsələn, Rusiya neftinin sanksiya altında olan tankerdən digər ölkənin tankerinə boşaltmaq yolundan istifadə edirlər. Yəni, Rusiyanı dayandırmaq üçün Qərbin qətiyyətini görmürəm. Sərt mövqe yoxdur”.

Daha ətraflı “Qırmızı masa”da:

Paylaş: