Xəbər axtarın

Son axtarış nəticələri:

Bundesliqada noyabrın ən yaxşı futbolçusu o seçildi

11.12.2025 22:43

“Bavariya”nın hücumçusu Maykl Olise Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Primeinfo.az xəbər verir ki, fransalı oyunçu ötən ay keçirdiyi 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ümumilikdə, Olise 2025/2026 mövsümündə bütün yarışlarda 23 matça çıxıb, 9 dəfə fərqlənib və 14 assist edib.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü ilin yayından Münhen təmsilçisində çıxış edir.

Paylaş: