
“Rusiya siyasətində həmişə çirkli oyunlar aparılıb – xüsusilə də xarici siyasətində. Heç bir qayda-qanuna, məntiqə, insanlığa sığmayan addımlar atılıb”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
O hesab edir ki, illərlə davam edən Qarabağ münaqişəsinin başlıca səbəbkarı məhz Rusiyadır.
“Biz erməniləri günahlandırırıq. Amma ermənilərin nə çarə olduğunu 44 günlük Vətən müharibəsində gördük. “Gücü”nü də gördük, “qoçaqlığı”ını da. Sinələrinə vurub “biz buyuq!” deyən ermənilərin necə dabanlarına tüpürüb qaçdıqlarını da gördük. Havadan deyilməmişdi ki, “erməni qan gördü”.

Amma ermənini gözüqanlı edən, azərbaycanlının qanını içən, qətliamlar törədən, Xocalı soyqırımını və onlarla faciəni edən kim idi? Mən hesab edirəm ki, bütün bu hadisələrin hamısının ssenari müəllifi ruslar olub. Sadəcə, erməniləri yanlarına alıblar ki, onların adına rəsmiləşdirsinlər”.
Davamı “Qırmızı masa”da: