
Milli Şuranın sədri, keçmiş deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.
Primeinfo.az-ın məlumatına görə, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.
Onun sözlərinə görə, bu gün saat 15:00-da yenidən DTX-ya çağırılıb. O, çağırılmasının Baş nazirin keçmiş I müavini, barəsində axtarış elan olunan Abbas Abbasovla bağlı ola biləcəyini güman edir.
“Bəri başdan deyim ki, nə Azərbaycanda işləyəndə, nə də Rusiyada yaşayanda Abbas Abbasovla heç bir əlaqəm, heç bir görüşüm olmayıb”, – deyə, C.Həsənli bildirib.
Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonunda Dubaya getmək istəyərkən hava limanından geri qaytarılıb.
O, noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.