Xəbər axtarın

Son axtarış nəticələri:

Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

16.12.2025 11:36


Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 264, o cümlədən borclu şəxs qismində axtarışda olan 231 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Paylaş: