Xəbər axtarın

Son axtarış nəticələri:

Daha bir marşrut xəttinin avtobusları yeniləndi

05.12.2025 18:00


Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib.

Paylaş: