Xəbər axtarın

Son axtarış nəticələri:

Canlı yayımda qaynanasını öldürdüyünü etiraf edən Əfsanə Cəfərova azadlığa buraxıldı - VİDEO

22.12.2025 13:57


Qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilən qadın azadlığa buraxılıb.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, 3 il azadlıqdan məhrum edilən Əfsanə Cəfərova bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb.

O cəzasının çəkilməmiş 10 ayından azad edilib.

“Xanımlara bildirmək istəyirəm ki, azadlıqlarının qədrini bilsinlər. Mən azadlıqda olarkən 1 saniyə belə övladımdan ayrı qala bilməzdim. 3 ildir ki, məhkumam. İnsanlar azadlıqdan məhrum olunanda onun qədrini daha yaxşı bilirlər” – deyə, Ə.Cəfərova bildirib.

O, azadlığın dəyərinin heç bir şeylə ölçülmədiyini qeyd edib: “3 il cəza almışdım. Cəzamın bitməsinə 10 ay qalmışdı. Bir daha Prezidentimizə bizə bu sevinci bəxş etdiyi üçün təşəkkür edirəm”

Qeyd edək ki, Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının “Səni axtarıram” verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Paylaş: