Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə edib

29.12.2025 21:51


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah ilə telefon danışığı aparıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda telefon danışığı zamanı İsrailin Somaliləndin tanınması ilə bağlı qərarı, eləcə də Somalinin ərazi bütövlüyünün dəstəklənməsi məsələləri müzakirə edildiyi bildirilib.

Ərdoğan həmçinin, daimi atəşkəsin və sülhün təmin olunması ilə birlikdə Qəzzanın yenidən bərpasına başlanacağına ümid etdiyinu, bu prosesdə Türkiyə ilə Küveytin əməkdaşlığının vacib olduğunu da əlavə edib.

Paylaş: