
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü ilə bağlı tədbirdə çıxışında azərbaycanlı şair Rüstəm Behrudinin şeirini səsləndirib.
Primeinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çıxışdan görüntülər paylaşılıb.
“Türk dünyasında və dünyanın müxtəlif guşələrində yaşayan, eyni dildə danışan, eyni xəyalları paylaşan və ürəkləri bir-biri ilə döyünən bütün qardaş və bacılarımıza Türk Dili Ailəsi Günü mübarək olsun”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri şeiri səsləndirməzdən öncə “Rüstəm Behrudi bir dövr türk dünyasının taleyinə çevrilmiş mənzərəni görün necə təsvir edir” deyib.
Həmin görüntüləri təqdim edirik: