Xəbər axtarın

Son axtarış nəticələri:

Erməni general beynəlxalq axtarışa verilib

01.12.2025 17:15

Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Baş Prokurorluğuna istinadən bildirib.

Daha əvvəl KİV-lər bildirmişdi ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.

Digər təfərrüatlar açıqlanmır.

Paylaş: