
Prime TV-nin “Qırmızı masa” verilişinin qonağı olan siyasi şərhçi Elçin Alıoğlu Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylini tanımadığını bildirib.
Primeinfo.az xəbər verir ki, onun jurnalist Aygün Muradxanlının “Gültəkin Hacıbəylinin məsələsi necə olacaq? Sizcə Türkiyə onu Azərbaycana verəcəkmi?” sualına cavabı maraq doğurub:
“Gültəkin Hacıbəyli deyəndə kimi nəzərdə tutursunuz? Mən onu tanımıram. Mən Gültəkin Hacıyevanı tanıyıram. Onun nə vaxt Hacıbəyli olduğunu bilmirəm. “Tovariş” Gültəkinin Bakıya verilməsi o qədər də böyük hadisə deyil. O, Fətullah Gülən deyil, Nelson Mandela deyil, müxalifətin simvolu da deyil.
Kişi olsaydı, onun haqqında başqa cür danışardım, qadın olduğu üçün danışmıram.
Gültəkin Hacıyeva Türkiyənin mühafizə orqanları üçün tır sürücüsündən artıq əhəmiyyətə malik deyil”.
Mövzu ətrafında daha ətraflı “Qırmızı masa”da: