Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə sahillərində Gürcüstana yağ daşıyan Rusiya tankerinə hücum edildi

02.12.2025 12:34


Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.

13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib. Ekipaj üzvləri xəsarət almayıb.

Qeyd edilir ki, gəmi Türkiyənin Sinop şəhəri istiqamətində irəliləyir.

Paylaş: