
Ötən gün saxlanılan Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayaya qarşı ittiham irəli sürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.
Baş Prokurorluq keçmiş nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Baço Axalaya 2009-2012-ci illərdə Gürcüstanın müdafiə naziri olub. O, məhbuslara işgəncə vermək ittihamı ilə 2012-ci ildə həbs olunub və 9 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ilin martında azadlığa çıxıb.