Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

27.12.2025 17:10


Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

Primeinfo.az xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Paylaş: