
Rusiyanın Türkiyəyə məxsus gəmilərə endirdiyi zərbələr rəsmi Ankaraya ünvanlanmış açıq mesaj xarakteri daşıyır.
Primeinfo.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən zərbələr Rusiyanın Türkiyənin Qara dənizdə aktiv rol almasından və Ukrayna ilə əməkdaşlıq etməsindən narahat olduğunu göstərir.
Heydər Oğuz vurğulayıb ki, Türkiyəyə məxsus gəmilərin məhz Ukrayna ərazisində vurulması təsadüfi deyil.

Araşdırmaçı jurnalistin fikrincə, bu hadisələr Rusiyanın Türkiyənin Ukrayna ilə yaxın münasibətlər qurmasını istəmədiyinə dair açıq siqnaldır və Moskva bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərir.
Davamı “Qırmızı masa”da: