
Putinin müharibəni dayandırmaq fikri yoxdur.
Primeinfo.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində deyib.
Ekspert bildirib ki, Rusiya Prezidenti müharibəni yalnız öz şərtləri ilə dayandırmaq niyyətindədir: “Putin müharibəni öz şərtləri ilə dayandırmaq istəyir və bu şərtlər Ukraynanın kapitulyasiyasını nəzərdə tutur”.
İlham İsmayılın sözlərinə görə, bu baş vermədikdə Rusiyada daxili gərginlik daha da artır və Putinin komandasında da ciddi narazılıqlar yaranır. O qeyd edib ki, hazırda hər kəs gələcəklə bağlı qeyri-müəyyənlik içindədir.

Ekspert vurğulayıb ki, proses bu şəkildə davam edərsə, Rusiya parçalanma təhlükəsi ilə üzləşə bilər.
Onun sözlərinə görə, beynəlxalq məhkəmələr tərəfindən Putinin komandasında yer alan 200-dən çox şəxs barəsində cinayət məsuliyyətinə cəlb olunmaları üçün qərarlar çıxarılıb.
Davamı “Qırmızı masa”da: