Xəbər axtarın

Son axtarış nəticələri:

İlqar Altay: “Putin Rusiyaya 8 milyon ac-yalavac hindli gətirir”  

17.12.2025 12:00

“Putin Ukraynada müharibə başlatmasından sonra, Hindistan kişilərini Rusiyaya köçürtmə sazişi ilə, ikinci böyük və ziyanlı yanlışı etdi”.

Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert İlqar Altay sosial şəbəkədə yazıb.

O bildirib ki, Tramp ərəblərlə saziş bağlayıb və ABŞ-a 8 trilyon (8 min milyard) investisiya gətirib.

“Putin isə Hindistanla müqavilə imzalayıb və Rusiyaya 8 milyon ac-yalavac hindli gətirir. Bu iş 8 milyonla qurtaran deyil. Bu gələnlər Hindistandan qohum-tanışlarını da gətirəcəklər və 80 milyon olacaqlar. Hindistanda milyard yarım əhali var, bu nəhəng axına qapı açmaq olar?

Bir tərəfdən öz kişilərini apar Ukraynada qırdır, digər tərəfdən Hindistandan hindli gətir yerini doldur! Putin belə düşünülməmiş spontan hindli miqrasiyası ilə rus xalqının genetik kodunu yox edə bilər”, – deyə, İ.Altay vurğulayıb.

 

Paylaş: