
İran dövlət televiziyasında Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” erməni dilində səsləndirilib.
Primeinfo.az İran mediasına istinadən xəbər verir ki, məşhur Azərbaycan mahnısını erməni əsilli iranlı bəstəkar Araz Trosyan (Araz Dareh) ifa edib.
O, erməni və fars dillərində oxuduğu mahnını “Sarı Ağçık” adı ilə təqdim edib.
İranın rəsmi xəbər agentliyi də Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i qərəzli olaraq “erməni musiqisi” kimi qələmə verib.