Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail Livanda "Hizbullah"a zərbələr endirib

26.12.2025 15:16


İsrail Müdafiə Qüvvələri (IDF) bu yaxınlarda Livanın bir neçə rayonunda “Hizbullah”ın hədəflərinə, o cümlədən “Radvan” elit bölməsinin təlim poliqonuna aviazərbələr endirib.

Primeinfo.az bildirir ki, bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir.

Hərbçilərin məlumatına görə, bu obyekt döyüşçülərin hazırlanması, döyüş atışlı təlimlərin keçirilməsi və IDF qüvvələrinə, eləcə də İsrailin mülki əhalisinə hücumların planlaşdırılması üçün istifadə olunub.

Müdafiə Ordusu həmçinin bildirib ki, “Hizbullah”ın bir neçə silah anbarına, əlavə infrastruktura, eləcə də IDF və İsrailə qarşı terror aktlarının təşviqi üçün istifadə olunan binalara zərbələr endirib.

Paylaş: