Xəbər axtarın

Son axtarış nəticələri:

İsveçdə ilin ən yaxşı futbolçusu o seçildi

19.12.2025 21:48


İngiltərənin “Liverpul” klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatını qazanıb.

Primeinfo.az xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və “Aftonbladet” qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.

2025-ci il təqvim ilində 26 yaşlı İsak “Nyukasl”, “Liverpul” və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və dörd məhsuldar ötürmə edib. O, mükafat uğrunda “Arsenal”ın hücumçusu Viktor Di Kereşi geridə qoyub.

Qeyd edək ki, İsak bu ilin sentyabrında 145 milyon avroya “Nyukasl”dan “Liverpul”a transfer olunub. O, cari mövsüm “mersisaydlılar”ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib

Paylaş: