
“Türkmənistan-Azərbaycan münasibətləri heç vaxt bu qədər yüksək səviyyədə olmamışdı”
“Qarabağ zəfəri türk millətinin belini dikəltdi, ruhunu diriltdi”
“Proses Şimali Kiprin tanınmasına doğru gedir”
“Adında ‘Türk’ olan bir Cümhuriyyətin qurulmasını Atatürkə bağışlaya bilmirlər”
“Qərbi Azərbaycan milli məsələdir, təzyiq vasitəsi deyil”
“FETÖ Azərbaycanda qabıq dəyişdirib fəaliyyətinə davam edir”
“Bizdə heç vaxt ailə mübarizə silahı olmayıb”
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?”
“Əlimdən gələni Neftçala üçün etmişəm, etməyə də davam edəcəm”
“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”
Bu sitatlar Azərbaycan Milli Məclisinin üzvü Tənzilə Rüstəmxanlının 2025-ci ilin yekunlarına dair müsahibəsindəndir. Çox məsələyə toxunduq. Avropaya, oradan Türkiyəyə keçib, Neftçaladakı problemlərə qədər çox məsələni müzakirə etdik. Türkün düşmənlərindən, içimizdəki FETÖ-dən, əxlaq düşmənlərindən danışdıq. Qarabağın azad olmasının Şimali Kipr üçün bir açar olduğuna, Türkmənistanın da İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Türk Birliyində aktiv rol almasını müzakirə etdik. Beləliklə, “Yeni Çağ”ın müsahibi millət vəkili Tənzilə Rüstəmxanlıdır.