Xəbər axtarın

Son axtarış nəticələri:

“Memarlıq və qadınlar” müsabiqəsinin qalibləri elan olunub - FOTO

11.12.2025 12:48


Böyük Britaniyanın Bakıdakı səfirliyi qadın tələbələr üçün “Memarlıq və qadınlar” adlı müsabiqə təşkil edib.

Primeinfo.az-a bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, “Hər damlada ümid: dəyişiklik üçün incəsənət və memarlıq” mövzusunda keçirilən müsabiqədə dövrümüzün ən böyük problemlərindən biri olan su qıtlığı və dayanıqlı şəhərsalma həllərinə ehtiyaca toxunulub.

Tələbələrə şəhərsalma layihələrində gözlənilən su çatışmazlığına yaradıcı yanaşma dizayn etmək üçün bir ay vaxt verilib.

İşlər Böyük Britaniya memarlıq şirkətləri (Zaha Hadid, Chapman Taylor və Scott Brownrigg) tərəfindən, Azərbaycanda layihələr üzrə təcrübəyə malik tanınmış qadın memarların iştirakı ilə qiymətləndirilib.

Bu gün Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə Ticarət Elçisi Lord Olderdaysin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində müsabiqənin 4 qalibi elan edilib.

Qaliblərə sertifikatlar təqdim olunub.

Müsabiqə Böyük Britaniyanın aparıcı memarlıq şirkətləri olan “Zaha Hadid Architects”, “Chapman Taylor” və “Scott Brownrigg” ilə birlikdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfdaşlığı ilə baş tutub.

Paylaş: