
“İşdən çıxarılan bəzi məmurlarımız var ki, bellərinin eni yalan olmasın, Yer kürəsinin ekvatorundan böyükdür. Nəyin hesabına?!”
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanda məmurlar hər ilin sonunda açıq mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidirlər:
“Nəyə görə bağ, villa və s. alınanda məişət sertifikatı bəyannaməsi tələb olunmur? Niyə bizim məmurlarımız, iş adamlarımız hər ilin sonunda açıq vergi bəyannaməsi vermirlər? Axı bütün dünyada vergi bəyannaməsi ən ciddi sənəddir”.
Davamı “Qırmızı masa”da: