Xəbər axtarın

Son axtarış nəticələri:

Məşhur türkiyəli müğənni komaya düşdü

19.12.2025 12:54


Türkiyənin məşhur müğənni və aparıcısı Fatih Ürek komaya düşüb.

Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən bildirir.

Məlumata görə, oktyabrın 15-də evində infarkt keçirən 59 yaşlı müğənni təxminən iki aydır xəstəxananın reanimasiya şöbəsindədir. Uzun müddət uzanmış vəziyyətdə qaldığı üçün onun bədənində yaralar əmələ gəlib.

Sənət dostları komaya düşən Fatih Üreyin sağalması üçün dualar edir, onunla birgə fotolarını paylaşırlar.

Qeyd edək ki, infarkt keçirən müğənninin ürəyi 20 dəqiqə dayanıb və həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Paylaş: