Xəbər axtarın

Son axtarış nəticələri:

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

08.12.2025 16:34

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Paylaş: