Xəbər axtarın

Son axtarış nəticələri:

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş

18.12.2025 12:06

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, keçmiş deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev vəfat edib.

Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Məlum olub ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiq Sumqayıtda parkda olarkən dünyasını dəyişib. Dekabrın 17-si saat 20 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin halı qəfil pisləşib. Hadisə vaxtı onun yanında qardaşının da olduğu bildirilib.

İlkin məlumata görə, M. Fəttayev ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar davam etdirilir.

Bakı Dövlət Universiteti Müşfiq Fəttayevin vəfatı ilə bağlı məlumat yayıb.

Məlumatda vəfat edən Müşfiq Fəttayevin BDU-nun İqtisadiyyat fakültəsinin tələbəsi olduğu qeyd edilib.

“Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə II kurs tələbəsi Müşfiq Mirmehdi oğlu Fəttayev vəfat edib. BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.

 

Paylaş: