
Növbəti köç karvanları Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə çatıb.
Primeinfo.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə 7 ailə – 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə isə 15 ailə – 66 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


