Xəbər axtarın

Son axtarış nəticələri:

Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

26.12.2025 19:49


Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi planlaşdırır.

Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının buraxılması üzrə işlərə başlamışıq”, – deyə o əlavə edib.

Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yeni mərhələyə çıxaracaq.

Paylaş: