Xəbər axtarın

Son axtarış nəticələri:

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib

16.12.2025 12:52


Milli Məclis Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Paylaş: