
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycandadır.
Primeinfo.az-ın məlumatına görə, o, Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” konfransında iştirak edir.
Zəhra Pezeşkian tədbirdəki çıxışını Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir bəndlə yekunlaşdırıb:
Əmməcanın bal bələlsin yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.