
Rusiya Qara dənizdə Türkiyəyə məxsus “Viva” yük gəmisinə hücum edib. Gəminin göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu bildirilir. Bir neçə gün əvvəl isə Ukraynanın Odessa limanında Türkiyəyə məxsus başqa bir yük gəmisi hücuma məruz qalıb.
Primeinfo.az xəbər verir ki, son zamanlar Qara dənizdə baş verən hadisələr ciddi narahatlıq doğurur.
Prime TV-nin “Qırmızı Masa” verilişində bu hadisələri şərh edin tədqiqatçı alim Nazir Əhmədlinin sözlərinə görə, Rusiya üçün müqəddəs heç nə yoxdur:

“Amma düşünmürəm ki, Rusiya Türkiyəyə məxsus tankeri qəsdən vurub. Onu Ukrayna gəmisi hesab edərək, səhvən də vura bilər. Əgər qəsdən vurubsa, çox pis! Amma bu günlərdə Düşənbədə Ərdoğanla Putinin görüşü oldu, təxminən saat yarım davam edib. Həm də çox mehriban şəraitdə keçib. Hətta Ərdoğan Qərbi qıcıqlandıran bir bəyanat da verib, Putini Türkiyəyə dəvət edib. Belə bir vaxtda Rusiyanın Türkiyənin tankerini bilərəkdən vurması ağlabatan deyil”.
Bəs onda Qara dənizdə nələr baş verir?
Ətraflı “Qırmızı masa”da: