Xəbər axtarın

Son axtarış nəticələri:

“Qara dənizdə ən güclü donanma Türkiyəyə məxsusdur” – RƏY - VİDEO

16.12.2025 15:30


Qara dənizdə gərginlik pik həddə çatıb. Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları ilə vurularaq zərərsizləşdirildiyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.

Siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində Rusiya ordusunun Qara dənizdə Ukraynanın ərazi sularında Türkiyəyə məxsus gəmiyə hücumunu şərh edib.

Onun sözlərinə görə, Qara dənizdə savaş artıq çoxdan başlayıb:

“Ukrayna xeyli müddətdir ki, orada Rusiyanın gəmilərini bir-bir “ovlayır”. Demək olar ki, Rusiya özünün Qara dəniz donanmasına aid əsas gəmilərinin hardasa 50 faizinə qədərini itirib. Qalanlarını isə Ukraynadan uzaq ərazilərə aparmağa çalışır. Son vaxtlar Qara dənizdə Rusiyanın kölgə donanmasına aid tankerləri də vurulub. Həmin tankerlərlə Rusiya qeyri-qanuni neft alveri edirdi.

Düzdür, bu gəmilərin Türkiyənin sularında vurulduğu deyilir. Bu hadisələrin Türkiyənin ərazilərinə yaxın yerdə baş verməsi əslində, Türkiyə üçün çox ciddi təhlükələr yaradır. Aydın məsələdir ki, neft tankerlərində neft ola və ətrafa yayıla bilər”.

Əli Mustafanın fikrincə, son zamanlar baş verən hadisələr onu göstərir ki, Qara dəniz uğrunda sanki bir savaş gedir:

“Qara dənizdə bu gün ən güclü donanma Türkiyə donanmasıdır. Türkiyə orada istədiyi addımı ata bilər. Rusiyanın donanma gücü kifayət qədər zəifləyib. Yəni, Türkiyə Qara dənizdə savaşın olmasında maraqlı deyil”.

Davamı “Qırmızı masa”da:

Paylaş: