
“Avropa İttifaqı istəyir ki, Ukrayna dözsün, hələ 2-3 il də müharibə davam etsin. Onlar da öz hərbi sənaye kompleksini möhkəmləndirsinlər”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
O, Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən hadisələri şərh edərək, Qərbin bu savaşın uzanmasında maraqlı olduğunu qeyd edib:
“Siz yatmışdınız? 2008-ci ildə buna başlamalıydınız – Putin tankın üstündə Gürcüstana hücum edib, Tiflisin 26 kilometrliyində olanda, ayılmalıydınız! Ayılmalıydınız ki, Avropada nəsə baş verir.
İkinci Dünya savaşından sonra bir ölkə digər ölkənin paytaxtına tankla gedir. Belə şey olmayıb axı! Qarabağ münaqişəsi olub, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, Moldovada, Gürcüstanda münaqişələr baş verib.
Amma heç bir dövlətin rəsmi tankı o biri dövlətin paytaxtına doğru yürüş etməyib! Bu, ilk dəfə 2008-ci il avqustun 8-də yaşandı. Axmaq idiniz, niyə o zaman ayılmırdınız?!”
Daha ətraflı “Qırmızı masa”da: