
“Biz hələ də Rusiyadan rəsmi cavab almamışıq – Azərbaycana məxsus təyyarəni vurmaqda məqsəd nə idi?”
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O hesab edir ki, 1 il bundan öncə “Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşməsi təsadüfi hadisə olmayıb:

“AZAL təyyarəsinin qəzası ilə bağlı çox ilginc ehtimallar var. Yadınızdadırsa, Rusiyanın ilkin olaraq bir neçə rəsmi açıqlaması vardı. Amma fikrimcə, o açıqlamaların hamısı yalandır.
Hadisə baş verən gün Azərbaycan Prezidenti də Rusiya səmasında idi, Peterburqa gedirdi. Bu fakt özü kifayət qədər ciddi fikirlərə yer açır. Düşünürəm ki, həmin qəza müəyyən siyasi əsaslarla baş verib.
Sonradan da məlum oldu ki, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun böyük hazırlıqları gedib. 1 il bundan öncə bizim təyyarə vurularkən bəlkə elə Prezidentin təyyarəsinə də hücum cəhdləri olub?”
Davamı “Qırmızı masa”da: