Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya bu tətbiqi də blokladı

04.12.2025 22:57

“Roskomnadzor” Rusiyada “SnapChat” mesencerini bloklayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, servis ölkə ərazisində terrorçu fəaliyyətlərin təşkili və həyata keçirilməsi, onların icraçılarının cəlb olunması, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunur.

“Ümumi istifadə üçün nəzərdə tutulmuş rabitə şəbəkəsinin mərkəzləşdirilmiş idarəetmə qaydalarına uyğun olaraq, “Roskomnadzor” servisin bloklanması üçün tədbirlər görüb”, – deyə məlumatda qeyd olunub.

Paylaş: