Xəbər axtarın

Son axtarış nəticələri:

“Rusiyaya qarşı çox böyük təzyiqlər başlayır” – ŞOK DETALLAR – VİDEO

29.12.2025 18:00


“Bölgədə Rusiyaya qarşı çox böyük təzyiqlər başlayır”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Bədrəddin Quliyev Prime TV-nin “Qırmızı masa” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna savaşının uzanması heç bir sülh prosesinə şərait yaratmayacaq. Əksinə, Rusiyanın daxilindəki mərkəzdənqaçma meylləri güclənəcək:

“Tramp nə qədər istəsə də sülh planını razılaşdırsın, bu, olan deyil. Çünki müharibəni dayandırıb, sülh danışıqlarına gedilsə, ya Rusiya daxilində yeni bir müharibə başlayacaq, ya da dövlət çevrilişinə cəhd olunacaq. Ona görə də bu proseslərin hamısını nəzərə almaq lazımdır”.

B.Quliyevin fikrincə, hazırda İranla Rusiya arasında münasibət heç də ürəkaçan səviyyədə deyil. İsrailin Baş naziri Benyamin Netanyahunun Ağ Ev rəhbəri Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə getməsi İran-Rusiya əlaqələrinin kəsilməsi dövrünün başlamasından xəbər verir.

Davamı “Qırmızı masa”da:

Paylaş: