
“Ruslan Eyyubovun Xəzər dənizinin sahilindəki 15 hektarlıq nəhəng ərazisindəki adlarda simvolik işarələr var. Hesab edirəm ki, bu adlarla Azərbaycan cəmiyyətinə hansısa mesajlar ötürülüb”.
Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib.
O, bir neçə gün öncə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Şüvəlan qəsəbəsində yerləşən bağ evindən danışıb.
5 hektarlıq bağ evinin daxilində kompleks yerləşir. Tikilinin adı “Tarkhan” – Qubernatorun dəniz sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” sarayı, minarə evlər, “Badukubə”, “İmaməddin” sarayları, “İnqilab evi”, “Arxaik” muzey, “Çay evi”, “Çəməngül” bağı, fəvvarə, “MİNAR” qəbul evi, qarajlar var.

“Qubernatorun dəniz sarayı. Maraqlı məsələdir, Azərbaycan quberniyadır ki? Qubernator kimdir? Kimin kod adıdır? Hansı qubernatorun sarayıdır? Düşünmürəm ki, sarayı tikən adam özü elə adlar qoysun. “İnqilab evi” nə deməkdir bəs? “Qəbul evi”ndə kimi qəbul edirlər? Fikrimcə, bu adlar təsadüfi deyil və Azərbaycan cəmiyyətinə hansısa mesajları ötürür”.
Davamı “Milli fikir”də: