Xəbər axtarın

Son axtarış nəticələri:

S&P: Azərbaycan iqtisadiyyatı 2025-də 1,8% artacaq

06.12.2025 14:34


“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonuna Azərbaycanın ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırıb.

Bu barədə Primeinfo.az agentliyin məlumatlarına istinadən xəbər verir.

“S&P”nin hesablamalarına görə, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 1,7%, 2027-ci ildə 2%-ə qədər sürətlənəcək, 2028-ci ildə isə 2,1%-ə çatacaq.

Beləliklə, 2025-2028-ci illərdə Azərbaycanın ÜDM-in orta illik artımı 1,9% təşkil edəcək.

Proqnozlara görə, Azərbaycanın nominal ÜDM-i 2025-ci ilin sonuna 130,4 milyard manata yüksələcək. Bundan başqa 2026-cı ildə bu rəqəm 137,1, 2027-ci ildə 144,6, 2028-ci ildə isə 152,3 milyard manat təşkil edəcək.

Paylaş: