Xəbər axtarın

Son axtarış nəticələri:

"Sumqayıt" və "Şamaxı"nın baş məşqçiləri cəzalandırılıb

04.12.2025 14:06


“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. O, 1 oyunluq diskvalifikasiya edilib, “Şamaxı” isə 2000 manat cərimələnib.

İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis “Şamaxı” ilə matçda rəqib komandanın texniki zonasında qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. “Sumqayıt” klubu baş məşqçinin hərəkətinə görə 10 min manat cərimələnib.

Bundan əlavə, “Sumqayıt” 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək.

XIII turun “İmişli” – “Sabah” oyununda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə meydan sahibləri 3000 manat ziyana düşüb.

“Qəbələ” – “Araz-Naxçıvan” matçında isə meydan sahiblərinin futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Onun hərəkətinə görə bölgə təmsilçisi 500 manat cərimələnib.

Paylaş: