Xəbər axtarın

Son axtarış nəticələri:

Tailand və Kamboca arasında müvəqqəti atəşkəs qüvvəyə minib

27.12.2025 14:15

Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəs rejiminin bərpasına dair birgə sənəd imzalayıblar.

Primeinfo.az xəbər verir ki, bu barədə “Thai PBS” dövlət telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Tailandın müdafiə naziri Natthaphon Nakphanit və Kambocanın müdafiə naziri Tea Seyxa dekabrın 27-dən etibarən atəşkəsin bərpası ilə bağlı birgə sənədi imzalayıblar.

Dünən bildirilib ki, Tailand və Kamboca hakimiyyət orqanları sabahdan qüvvəyə minəcək müvəqqəti atəşkəs şərtləri ilə bağlı razılığa gəliblər. İlkin atəşkəsin 72 saat davam edəcəyi gözlənilir.

Atəşkəsin uzadılmasına dair sonrakı razılaşma Taylandın Milli Təhlükəsizlik Şurasının təsdiqinə tabedir.

Tailand və Kamboca arasında toqquşmalar dekabrın 8-də yenidən başlayıb. Bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp iki tərəfin hərbi əməliyyatları dayandırmaq və oktyabrda imzalanmış sülh sazişinə qayıtmaq barədə razılığa gəldiyini açıqlayıb. Dekabrın 24-də tərəflər atəşkəsin bərpası üçün danışıqlara başlayıb.

Paylaş: