Xəbər axtarın

Son axtarış nəticələri:

"Terrorsuz Türkiyə" ilə bağlı hesabat Ərdoğana təqdim edilib

18.12.2025 23:00


Ədalət və İnkişaf Partiyasının “Terrorsuz Türkiyə” ilə bağlı hazırladığı hesabat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Primeinfo.az bu barədə “Haber Global”a istinadən məlumat verir.

Təxminən 15 bölmə və 50-55 səhifədən ibarət olan hesabat Türkiyə Böyük Millət Məclisində (TBMM) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası tərəfindən hazırlanıb.

Hesabat sabah partiya rəsmiləri tərəfindən TBMM Sədrliyinə çatdırılacaq. Bununla da bütün siyasi partiya qruplarının hesabatları komissiyaya təqdim olunacaq.

 

Paylaş: