Xəbər axtarın

Son axtarış nəticələri:

Təzyiqdən öldüyü deyilən qadın öldürülüb - Gəlinlə qardaşı tutuldu

15.12.2025 11:43


Noyabrın 3-ü Biləsuvar rayonunda qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

Primeinfo.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın beyindaxili təzyiqdən öldüyü bildirilərək dəfn olunub. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: