Xəbər axtarın

Son axtarış nəticələri:

“Time” jurnalı “İlin adamı”nı seçdi

11.12.2025 22:15

Amerikanın “Time” jurnalı “İlin adamı”nı seçib. Lakin bu dəfə bir yox, bir neçə nəfər seçilib.

Primeinfo.az xəbər verir ki, bu barədə nəşrin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Belə ki, jurnal “süni intellektin memarları”nı – xAI-nin rəhbəri İlon Mask, “Meta” şirkətinin yaradıcısı Mark Zukerberq və “OpenAI”nin rəhbəri Sem Altmanı “İlin adamı” adlandırıb.

Məşhur “Göydələndə nahar” fotoşəklindən ilhamlanan üzlükdə Zukerberq, Mask, Altman, “Nvidia” CEO-su Censen Huanq, AMD-nin CEO-su Lisa Su, “DeepMind”in baş direktoru Demis Hassabis, “Anthropic”in baş direktoru Dario Amodei və “ImageNet”in qurucusu Fei-Fei Li yer alıb.

Qeyd edək ki, “Time” jurnalı ötən il də ABŞ Prezidenti Donald Trampı “İlin adamı” seçib.

Paylaş: