Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp Kerolayn Livittin "pulemyot dodaqları"nı tərifləyib

10.12.2025 14:48


ABŞ Prezidenti Donald Tramp öz mətbuat katibi Kerolayn Livittin “pulemyot dodaqları”nı tərifləyib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Bu gözəl üz, bu dodaqlar, hansılar ki, dayanmırlar. Kiçik bir pulemyot kimi, “Yuxarı, yuxarı, yuxarı, yuxarı”… O, heç nədən qorxmur. Bilirsiniz niyə? Çünki bizim düzgün siyasətimiz var”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Donald Tramp oktyabr ayında da Levitt haqqında oxşar fikirlər söyləmişdi.

“Air Force One” təyyarəsinin göyərtəsində o bildirmişdi ki, Kerolayn Levittin dodaqları inanılmaz dərəcədə sürətlə hərəkət edir və onları pulemyotla müqayisə etmişdi.

Həmçinin ABŞ lideri Levittin öz vəzifələrinin öhdəsindən mükəmməl gəldiyini də qeyd etmişdi.

Paylaş: