Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Zelenski ilə möhtəşəm görüş keçirdik"

29.12.2025 10:08

“Zelenski ilə möhtəşəm görüş keçirdik. Bir çox şeyi müzakirə etdik”.

Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş sonrası birgə mətbuat konfransında deyib. Dövlət başçısı görüş zamanı Zelenski iə birgə Avropa liderləri ilə telefonla danışdığını vurğulayıb.

“Görüşümüz əla keçdi. Kimsə deyə bilər ki, biz 95 faiz məsələləri əhatə etdik. Bilmirəm neçə faizdir, amma buna son qoymaq üçün çox irəliləyiş əldə etdik. Bu, həqiqətən də İkinci dünya müharibəsindən bəri ən ölümcül müharibədir”,- deyə Tramp vurğulayıb.

Paylaş: