Xəbər axtarın

Son axtarış nəticələri:

“Trampın təklif etdiyi sülh planı beynəlxalq hüquqa ziddir” – RƏY - VİDEO

10.12.2025 16:24

“Rusiya-Ukrayna müharibəsində Trampın vasitəçiliyilə gözlənilən sülh prosesi dalana dirənib. Müharibə ABŞ rəhbərliyi, Qərb və Rusiya arasında gedir. Təəssüflər olsun ki, Ukraynadan sadəcə istifadə etdilər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev Prime TV-nin “Qırmızı Masa” verilişində bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ ilə Rusiya arasında gizli sövdələşmə gedir:

“Heç kim bilmir ki, Tramp Rusiyadan nə qoparacaq, nə marağı var. Amma görünən odur ki, o, Rusiyaya yox, Ukraynaya təzyiq siyasətini davam etdirir. Trampın Ukrayna üçün təklif etdiyi son sülh planı 28 maddədən ibarət idi. Sonra həmin plan 19 maddəli təklifə çevrildi. Zelenski isə sonadək müqavimət göstərəcəyini bəyan etdi. Ukrayna üçün ümidverici hal odur ki, ABŞ-dan əli üzülsə də, nəhəng Qərb ölkələri mübarizəni davam etdirirlər”.

Elşad Musayev bildirib ki, Rusiyanın yazdığı və Trampın təklif etdiyi sülh planı beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir.

“Yekunda bu müqaviləni ABŞ Senatı də imzalamalıdır. Amma indi bəlli olur ki, Tramp bu razılaşmanı ABŞ Senatından keçirmək gücündə deyil. Çünki ortada beynəlxalq hüquq açıq-aşkar pozulur. Tramp və Putin hələ ki, istədiklərini qəbul edə bilmirlər”, – millət vəkili qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı “Qırmızı masa”da:

 

Paylaş: