
Dekabrın 4-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Soyut dışavurumcu bir dostluğun anatomisi veyahut yan yana” türk komediyasının eksklüziv nümayişi başlayır.
Primeinfo.az xəbər verir ki, məşhur fransız filmi “Toxunulmazlar” (1+1) ekran əsərindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə – türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib.
Filmdə baş rolları Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam oynayır.
Süjet xəttinə gəlincə, hekayə adi həyatda heç vaxt görüşməyəcək iki insandan bəhs edir. Biri – qəzadan sonra iflic olmuş varlı aristokratdır. Digəri isə çətin keçmişi olan kasıb məhəllədə böyüyən sadə, şən və enerjili oğlandır.
Fərqliliklərinə baxmayaraq, onların arasında hər ikisinin həyatını dəyişən bir dostluq yaranır.