
“Bu gün Qara dənizdə Türkiyənin gücü Rusiyadan qat-qat artıqdır”.
Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qara dənizdə neft tankerlərinə edilən dron hücumlarını şərh edən Ə.Mustafanın sözlərinə görə, Türkiyə hələ ki, Rusiya ilə açıq qarşıdurma istəmir:
“Baxmayaraq ki, Türkiyənin Qara dənizdə hərbi gücü Rusiyadan kifayət qədər üstündür. Düzdür, bir çox mərkəzlər çalışırdılar ki, bu məsələdə Türkiyə ilə Rusiyanı üz-üzə gətirsinlər. Hətta gəmiləri Türkiyənin vurduğunu deyirdilər. Amma Türkiyə rəsmi şəkildə bildirdi ki, qətiyyən o məsələlərdə əli yoxdur. Türkiyə Qara dənizdə savaş istəmir. Qara dənizin çirklənməsini istəmir”.
Əli Mustafa qeyd edib ki, Türkiyə Rusiya ilə münaqişəni məqbul saymasa da, Ukraynanı birmənalı şəkildə dəstəkləyir.
Daha ətraflı “Qırmızı masa”da: