Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə şirkəti Rusiya ilə əməliyyatları DAYANDIRDI

03.12.2025 10:11

Seneqal sahillərində zədələnən neft tankerinin sahibi olan Türkiyənin “Beşiktaş Shipping” şirkəti Rusiya ilə bütün gəmiçilik əməliyyatlarını dayandırdığını açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şirkətin bəyanatında bildirilir ki, “Beşiktaş Shipping” Rusiyayla bağlı bütün əməliyyatları dərhal dayandırır və bundan sonra həmin istiqamətdə heç bir reys yerinə yetirilməyəcək. Qeyd edilir ki, şirkət indiyə qədər beynəlxalq sanksiyalara və mövcud ticarət məhdudiyyətlərinə tam şəkildə riayət edib.

“Lakin regionda təhlükəsizlik vəziyyəti xeyli pisləşib. Hərtərəfli qiymətləndirmədən sonra gəmilərimiz və ekipajımız üçün risklərin qəbuledilməz olduğu qənaətinə gəldik”, – şirkət əlavə edib.

“Heyətimizin və aktivlərimizin təhlükəsizliyi bizim ən yüksək prioritetimiz olduğundan, biz bütün bu cür əməliyyatları dayandırırıq”, – bəyanatda deyilir.

Paylaş: