
Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib.
Primeinfo.az-ın xəbərinə görə, nazirliyin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd olunub.
Bildirilib ki, SDG desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam edir və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır?
“Daha əvvəl də vurğuladığımız kimi, SDG-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur. Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyə dəstək verəcək”.
Bundan əlavə bildirilib ki, Suriya hökuməti ilə “Tək dövlət, tək ordu” prinsipi əsasında yaxın əməkdaşlıq davam etdirilir, inteqrasiya prosesi isə yaxından izlənilir.